"Leyptsiq"in baş məşqçisi Marko Roze Yoşko Qvardiolun komandanı tərk etməyəcəyini bildirib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Almaniya klubunun çalışdırıcısı 21 yaşlı xorvatiyalının "Leyptisq"də xoşbəxt olduğunu bildirib:
"Yoşko Qvardiol gələn mövsüm də "Leyptsiq"də oynayacaq. Komandanın baş məşqçisi kimi bu məsələdə maraqlıyam. Onu sərəncamımda görmək istəyirəm. Yoşko burada xoşbəxtdir. O, Premyer Liqada oynamaq istəyir, amma bunun nə vaxt olacağını söyləməyib".
Xorvatiya millisinin üzvü hazırda bir çox nəhəng klubun transfer siyahısındadır. 2021-ci ildə “Dinamo”nu (Zaqreb) "Leyptsiq"ə dəyişən müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.