Millinin üzvü yeddi ildən sonra bu komandanı tərk edəcək

13:32 - 23 Fevral 2023

Portuqaliya millisinin müdafiəçisi Rafael Qerreyro yeddi illik "Borussiya" karyerasına son qoyacaq. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu müqaviləsi mövsümün sonunda başa çatacaq Dortmund təmsilçisi ilə yollarını ayırmaqda israrlıdır.

O, klubla müqavilə müddətini uzatmaq fikrində deyil.

Karyerasının böyük hissəsini Bundesliqada keçirmiş portuqaliyalının yeni mövsümə İngiltərə Premyer Liqasında başlayacağı iddia edilir. Rafael “Kan” və “Loryan”da oynadıqdan sonra 2016-cı ildə “Borussiya”ya transfer olmuşdu.

Xəbər xətti