"Ümid edirəm ki, cavab oyununda azarkeşlərimizin önündə "come back" edə biləcəyik"

14:13 - 23 Fevral 2023

"Porto"nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "İnter"ə məğlubiyyəti (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan təcrübəli müdafiəçi bunları deyib:

"Belə yaxşı oyundan sonra məğlubiyyəti izah etmək çətin gəlir. "İnter"i təbrik edirəm. Ümid edirəm ki, cavab oyununda azarkeşlərimizin önündə "come back" edə biləcəyik. Hücumda yaxşı oynadıq və ən azı iki qol üçün yaxşı şans yaratdıq. Amma Çempionlar Liqasında epizodlardan istifadə edə bilmirsənsə, bu, baha başa gəlir".

 

Xəbər xətti