"İnter"in baş məşqçisi Simone İnzaqi Milan klubunun "Latsio"dan icarəyə götürülən Françesko Açerbinin transfer hüquqlarının alınmasını istəyib.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "nerazzura"nın çalışdırıcısı 35 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
Bu keçidin mövsümün sonunda baş tutacağı gözlənilir.
Artıq tərəflər arasında danışıqlara start verilib. İnzaqi Açerbi ilə əvvəllər “Latsio”da birlikdə çalışıb. Adıçəkilən müdafiəçi mövsümün əvvəlində "Latsio"dan icarəyə götürülmüşdü.