"Çelsi"nin yarımmüdafiəçisi Braziliya klubunda

12:35 - 23 Fevral 2023

"Çelsi"nin futbolçusu Andrey Santos yaxın vaxtlarda ölkəsinə qayıdacaq.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun “Palmeyras”a icarəyə veriləcək. 

Mərkəz yarımmüdafiəçisi dekabra kimi adıçəkilən klubda oynayacaq, daha sonra isə “Çelsi”yə qayıdacaq. O, gələn həftə tibbi müayinədən keçəcək. 

Andrey 2023-cü ildə “Vasko da Qama”dan “Çelsi”yə transfer olmuşdu.

 

Xəbər xətti