"Everton" gələn ilin yayında müqaviləsi başa çatacaq Cordan Pikfordu komandada saxlamaq istəyir.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi artıq onunla danışıqlara start verib.
Tərəflərin yeni müqavilənin demək olar ki, bütün detallarını həll etdikləri bildirilir.
İngiltərə millisinin 28 yaşlı qolkiperi 2017-ci ildə “Sanderlend”dən “Everton”a keçmişdi.
O, “Darlinqton”, “Barton Albion”, “Karlayl Yunayted”, “Bradford”, “Preston” klublarında çıxış edib.
saytlarin hazirlanmasi