"Mançester Yunayted"in hücumçusu Vut Verqhost Türkiyəyə qayıtmağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bernli"yə məxsus olan niderlandlının xidmətində "Qalatasaray" maraqlıdır.
İstanbul klubu "Beşiktaş"ın sabiq forvardının keçidini yayda həll etmək istəyir. Artıq danışıqlar başlayıb və ilkin razılıq əldə olduğu iddia edilir.
30 yaşlı hücumçu “Emmen”, “Herakles”, “AZ Alkmaar”, “Volfsburq” klublarında oynayıb.
saytlarin hazirlanmasi