"Qalatasaray" karyerasının son illərini yaşayan Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir.
Sportal.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Verona"da çıxış edən Lorenso Montipodur. İtaliyalı qolkiperlə İngiltərənin "Bornmut" klubu da maraqlanır.
"Qalatasaray" 27 yaşlı "əlcək sahibi" üçün yayda A Seriyası təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Lorenso Montipo "Verona"ya mövsümün əvvəlində "Benevento"dan transfer olunub. Təcrübəli qapıçı cari mövsümdə komandanın heyətində 24 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi