AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda I Divizionda XVIII turda baş tutan oyunlarla bağlı aşağıdakı qərarlar verilib:
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin;
“Kəpəz-2” – “Qəbələ-2” oyununda Təcili Tibbi Yardım maşınının oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilsin;
“İmişli” – MOİK oyununda MOİK klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“İmişli” klubunun diktoru tərəfindən əsasnamənin pozulmasına görə “İmişli” klubu 40 manat cərimə edilsin (maddə 88);
“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə “Zaqatala” klubu 160 manat cərimə edilsin;
“Şamaxı-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin;
“Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“Araz Naxçıvan” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin;
“Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının oyunçusu Bəşir Ayralov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin;