Avstriya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yığmanın kapitanı David Alaba sıradan çıxıb. 30 yaşlı müdafiəçi "Real"ın Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"da ilk matçında zədələnib.
Madrid klubu təcrübəli oyunuçunun durumu ilə bağlı açıqlama yayıb. Bud əzələsində yırtıq aşkarlanan avstriyalı müdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda Alabanın Azərbaycan millisi ilə görüşü buraxacağı gözlənilir.
Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 24 mart tarixində baş tutacaq.
saytlarin hazirlanmasi