Millimiz Açıq Avropa turnirinə 6 cüdoçu ilə gedir

22:49 - 23 Fevral 2023

25-26 fevralda Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

 

Sportal.az xəbər verir ki, yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

 

Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

 

-48 kq.
Ramilə Əliyeva

 

-52 kq.
Zeynəb Məmmədova

 

-63 kq.
Diana Şoranova
Nərgiz Hacıyeva

 

-70 kq.
Günel Həsənli

 

-78 kq.
Aytəkin Paşazadə

Xəbər xətti