"Sabah" qalib gəldi, üçüncü pilləyə yüksəldi

10:24 - 24 Fevral 2023

Basketbol üzrə Azərbaycan çempionatında 19-cu turun növbəti görüşü keçirilib. 

Sportal.az xəbər verir ki, çempionatın iddialı klubları – NTD və “Sabah” üz-üzə gəlib. Qarşılaşma “Sabah”ın qələbəsi ilə yekunlaşıb. 

​Hazırda NTD 32 xalla ikincidir. Eyni xala malik “Sabah” isə üçüncü pillədədir. Turnir cədvəlinin lideri olan “Sərhədçi” də eyni xala malikdir. 

19-cu tura fevralın 25-i və 26-da keçiriləcək oyunlarla yekun vurulacaq.

25 Fevral 

15:00 “Gəncə” – “Neftçi”

26 fevral

15:00 “Olimpik”(Şəki) – “Zirvə Astara”

Xəbər xətti