Belçikanın “Gent” klubunun baş məşqçisi Hayn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirilmiş cavab matçından (1:0, penaltilər 5:3) mətbuat konfransında danışıb.
Sportal.az “rtl” portalına istinadən xəbər verir ki, belçikalı mütəxəssis komandasının uğurlu nəticəsini şərh edib:
"Azarkeşləri salamlayıram. Cümə gününü səhər bitirəcəyimizi proqnozlaşdırmışdım. Belə də, oldu. Davi Rufunu təkcə reputasiyasına görə qapıya qoymamışdım. Hamı penaltilərin olmasını istəyirdi. Futbolçuları razı salmağıma ehtiyac yox idi. Azarkeşlərə dəstəyə görə təşəkkür etməliyəm. Atmosfer fantastik idi. Biz buna penaltilər seriyası ilə cavab verdik".
saytlarin hazirlanmasi