Laurentsiu Regekampf: "Qarabağ"la oyundan sonra səviyyəmizi biləcəyik"

12:26 - 24 Fevral 2023

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Neftçi TV"yə danışıb.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis Premyer Liqanın 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib:

"Bizim üçün çətin oyun olacaq. Hər halda, "Qarabağ"a qarşı oynayacağıq. Onlar Konfrans Liqasının oyunundan qayıdıblar. Yüksək motivasiyada olacaqlar. İstəyirdim ki, onlar qalib gələrək növbəti mərhələyə adlasınlar. Ki, daha rahat olsunlar. Nəticəni bilirik, ona görə də, derbi bizim üçün daha da çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Ən yaxşısını etmək istəyirik".

- Dörd oyundur ki, stabil olaraq eyni heyətlə meydana çıxırsınız. Bu heyətlə “Qarabağ"a qarşı oynayacaqsız?
- Axırıncı oyundan sonra bəzi problemlər var idi. Onu aradan qaldıra bildik. Kilan Lebon, Höccət Haqverdinin problemi yaranmışdı, məşq etmirdilər. Düzdür, Eddi İsrafilov da qayıdıb, amma hələ 100 faiz hazır deyil. Oyuna qədər üç günümüz var. Çalışacağıq ki, “Qarabağ”la oyun üçün ən yaxşı onbirliyi seçək.

- Komandada vəziyyət necədir? Futbolçular tam olaraq “Qarabağ”la oyuna hazırdırlar?
- Düşünürəm ki, komandam hazırdır. Onlar oyuna daha çox köklənməlidirlər. Son turda evdə oynadığımız oyunun daha da artığını “Qarabağ”a qarşı verməlidirlər. Əlbəttə ki, bunu edə bilsələr, öhdəsindən gəlsələr, bizim üçün pozitiv nəticə olacaq.

- Bu mövsüm “Qarabağ”a hər iki görüşdə uduzmusunuz. Həmin məğlubiyyətlərdən nəticə çıxarmısız? “Azərsun Arena”da ən pis halda heç-heçəyə ümid edə bilərsiniz?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Uduzmaq istəmirik. Bilirik ki, “Qarabağ”a qarşı keçirilən son iki görüşdə uduzmuşuq. Çalışacağıq ki, daha yaxşı oynayaq.

- Ardıcıl dörd oyundur ki, top buraxmırsınız. Müdafiə və qolkiper inamlıdır. Bu haqda fikriniz necədir?
- Bu oyundan sonra səviyyəmizi biləcəyik. Ümid edirəm ki, bu matçda da qapımızda qol görmərik və bu yolda da yolumuza davam edərik.

Mirbağırağa

Xəbər xətti