"Liverpul" bu yay "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etmək istəyir.
Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, Mersisayd klubu bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, italiyalı adıçəkilən komandaya yollanmayacaq.
23 yaşlı futbolçu Çempionlar Liqasında oynamaq istəyir. "Liverpul" yeni mövsüm üçün ÇL-də iştirak haqqı qazanarsa, yayda onun keçidi baş tutacaq.
“Atalanta” yetirməsi olan Bastoni 2017-ci ildən “İnter”dədir. O, 2018/2019 mövsümünü icarə əsasında “Parma”da keçirib.