Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi fevralın 27-dən martın 3-dək Bakıda, martın 5-dən 7-dək isə Polşada toplanış keçirəcək.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə 16 futzalçı dəvət alıb:
Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov (hər ikisi "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Atırau", Qazaxıstan)
Oyunçular: Ramiz Çovdarov, Felipinyo, Xətai Bağırov, İsa Atayev, Amadeu, Xəzər Ağalızadə (hamısı "Araz-Naxçıvan"), Amir Şojai, Hadi Ahmadi (hər ikisi "Bayterek", Qazaxıstan), Eduardo Borges ("Sportinq Anderlext", Belçika), Fineo De Araujo, Thiago Teles Martins (hər ikisi "Sporting Paris", Fransa), Rafael Vilela ("Tümen", Rusiya), Everton Kardoso (Bintanq Timur, İndoneziya)