"Neftçi"nin hücumçusu Mateus Saldanya klubun yutub kanalına danışıb. Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyundan gözləntilərini bildirib.
- "Qarabağ"la matça hazırlıq necə davam gedir?
- Həftəboyu üzərimizdə yaxşı işləmişik. "Qarabağ"la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq komandaya xeyirli olacam. Bu matçda qələbə qazanmağa çalışacağıq.
- Dörd oyunda iki qol vurmusan. "Qarabağ"la derbi oyununda fərqlənəcəyinə inanırsan?
- Əlbəttə. Vurduğum qollardan sonra özümə çox inanıram. Ümid edirəm ki, "Qarabağ"la oyunda da qol vuraram. O da alınmasa, ən azından assist edib komandaya xeyirli oyunçu olaram.
- "Qarabağ"ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqları olduğunu özün üçün müyyən etmisən?
- "Qarabağ"ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. Özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.
Mirbağırağa