"Turan Tovuz" - "Zirə" matçında bir dəqiqəlik sükut - FOTO

14:05 - 24 Fevral 2023

Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk oyunu Tovuzda keçirilir.

"Turan Tovuz" - "Zirə" görüşündən əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.

 

Xəbər xətti