"Qarabağ" və "Neftçi"də fiziki hazırlıq üzrə məşqçi kimi çalışmış Ruben Sellesin mövsümün sonuna qədər "Sauthempton"u çalışdıracağı rəsmiləşib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu onu cari mövsümün sonuna qədər komandada saxlamaq qərarına gəlib.
"Sautehmpton" rəhbərliyi 39 yaşlı ispanın işindən razı qaldığı üçün bu addımı atıb.
Buna qədər isə Selles baş məşqçini müvəqqəti əvəzləyirdi.