"Onun kimi futbolçular komandanın ümumi səviyyəsini yüksəldir"

15:16 - 24 Fevral 2023

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Nant" üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Sportal.az “LA Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu görüşdə het-triklə yadda qalan Anxel Di Marianın çıxışını xüsusi qiymətləndirib:

"Oyunumuzdan razı qaldım, matç asan olmadı. Fransalı azarkeşlər “Nant”ı çox yaxşı dəstəklədilər. Yaxşı oynadıq və rəqibin oyunçusunun meydandan qovulmasından istifadə etdik. Di Maria kimi oyunçular komandanın ümumi səviyyəsini yüksəldir. Başqalarının görmədiyini görə bilir. Çempionlar Liqasından Avropa Liqasına düşməyimiz onu qazanmağın asan olduğu anlamına gəlməməlidir. Bu turnirə hörmətlə yanaşmalıyıq. Bizim borcumuz Avropa Liqası və İtaliya Kubokunda sona qədər getməkdir".

 

Xəbər xətti