"Mançester Yunayted"in forvardı final matçına çıxmaya bilər

16:33 - 24 Fevral 2023

"Mançester Yunayted"in hücumçusu Markus Reşford zədə səbəbindən İngiltərə Liqa kubokunun finalını buraxa bilər.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın aparıcı üzvü Avropa Liqasının pley-off mərhələsinin "Barselona" ilə matçında Ronald Arauxo ilə toqquşma zamanı zədələnmişdi.

Onun "Nyukasl"a qarşı keçiriləcək final matçında meydanda olmayacağı gözlənilir.

Xatırladaq ki, liqa kubokunun finalı iki gün sonra keçiriləcək.

Xəbər xətti