7-16 iyul tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində basketbol üzrə 20 yaşlı oğlanlar arasında Avropa çempionatının oyunları baş tutacaq.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız B Divizionunda mübarizə aparacaq.
Püşkatmaya əsasən Azərbaycanın U-20 yığması C qrupunda, Kosova, İsveç, Ukrayna və Gürcüstan komandalarına rəqib olacaq.