Qara Qarayev: "Davam edəcəyik" - FOTO

10:23 - 25 Fevral 2023

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun təcrübəli futbolçusu Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə cavab matçından sonra azarkeşlərə təşəkkür etdikləri videonu paylaşaraq belə yazıb:

"Heç nə bitmir. Davam edəcəyik".

Xatırladaq ki, "Qarabağ" "Gent"lə Belçikada keçirilən cavab qarşılaşmasında oyunsonrası penaltilər seriyasında məğlub olaraq avrokuboklardakı iştirakını dayandırıb. 

Xəbər xətti