"Gent"in müdafiəçisi Sederik van Dale Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a (1:0, penaltilər - 5:3 ) qarşı görüşdə penaltilər seriyasında qalib gəlməklərini şərh edib.
Sportal.az "Nieuwsblad"a istinadən xəbər verir ki, Belçika klubunun üzvü Ağdam komandası ilə matçda qalib gəldiklərinə inanmağın çətin olduğunu deyib:
"Son zərbədən sonra "Qarabağ"a qalib gəldiyimizə inanmırdım. Amma mən özümə arxayın idim və beşinci penaltini yerinə yetirməyi özüm xahiş etdim. Ona görə də, 118-ci dəqiqədə meydana daxil oldum. Etiraf edirəm, həyəcan hədsiz dərəcədə yüksək idi. Topa yaxınlaşanda gərginlik yarandı. Amma bütün diqqətimi cəmləmişdim və qələbə qazanmaq istəyirdim. Adətən, bu cür zərbələri yaxşı bacarıram. Biz bu qələbəyə layiq idik".
Mirbağırağa
saytlarin hazirlanmasi