"Qəbələ"nin legioneri: "Dayanmaq vaxtı deyil" - FOTO

13:05 - 25 Fevral 2023

"Qəbələ"nin yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 24-cü turunun "Səbail"lə keçirilən (2:2) görüşündə məhsuldar ötürmə ilə yadda qalıb.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi instaqram hesabında etdiyi assistlə bağlı bunları yazıb:

"Assist alındı. Təəssüf ki, bu, qələbə gətirmədi. Amma dayanmaq vaxtı deyil. İrəliyə davam. Minnətdarlıq və uğur prinsipi önəmlidir. Şükür etdiyimiz zaman bu, həyatımıza ilham verir, canlanır və daşqın baş verir".

Xəbər xətti