Messi Argentina klubunun heyətində oynayacaq

13:34 - 25 Fevral 2023

PSJ-nin futbolçusu Lionel Messi Argentinaya qayıdacaq.

Sportal.az "Infobae"ya istinadən xəbər verir ki, argentinalı "Nyuels Old Boys"un heyətində yoldaşlıq görüşündə meydana çıxacaq.

Messi iyunun 16-da Rosario təmsilçisinin heyətində Argentina millisinin sabiq üzvü Maksi Rodriqesin şərəfinə təşkil olunacaq yoldaşlıq oyununda çıxış edəcək.

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero Messinin adıçəkilən komandaya birdəfəlik qayıtmaq istəməsi haqda ciddi şəkildə düşündüyünü bildirib.

Messi 1987-ci ildə iyunun 24-ü Rosario şəhərində doğulub. O, bu şəhərin əsas təmsilçisi olan "Nyuels Old Boys"un yetirməsidir. Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi mövsüm sonunda başa çatacaq.

Xəbər xətti