"Qarabağ"la oyundan əvvəl penalti vuruşlarını xüsusi olaraq məşq etməmişdik"

14:46 - 25 Fevral 2023

“Gent”in qapıçısı Davi Ruf Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ı penaltilər seriyasında məğlub etməkləri barədə danışıb.

Sportal.az xəbər verir ki, “Nieuwsblad”a danışan 32 yaşlı qolkiper Ağdam klubu ilə görüşdə inamlı olduqlarını bildirib:

"Penaltilər seriyasında uğur qazanacağımıza əmin idim. Beş zərbəni də dəqiq yerinə yetirdik. Yalnız bir zərbəni dəf edə bildim. Statistikama baxsanız, penaltilərdə yaxşı olduğunu görəcəksiniz. “Qarabağ”la oyundan əvvəl penalti vuruşlarını xüsusi olaraq məşq etməmişdik. Amma hamı hazır idi".

Mirbağırağa

Xəbər xətti