Premyer Liqanın 24-cü turunda "Sumqayıt"la səfərdə qarşılaşacaq "Kəpəz" matça itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, Orxan Sadıqlı cəzalı olduğuna görə bu görüşdə oynamayacaq.
Zədə dövründən sonra məşqlərə başlayan Salif Sisse isə oyuna tam hazır olmadığından görüşün iştirakçısı olmayacaq.