“Milan”ın hücumçusu Olivye Jiru “rossonyerlər”lə müqavilə müddətini uzatmaq istədiyini bildirib.
Sportal.az xəbər verir ki, “DAZN”a danışan fransalı forvard başqa komandaya keçmək niyyətində deyil:
"Milan"da qalmaq istəyirəm. Ümid edirəm ki, ortaq məxrəcə gələcəyik. Yeni müqavilə ilə bağlı danışıqlar davam edir. Hiss edirəm ki, danışıqlar uğurla başa çatacaq”.
36 yaşlı forvardın İtaliya çempionu ilə müqaviləsi iyunun 30-da başa çatacaq. O, 2021-ci ildə “Çelsi”dən “Milan”a keçmişdi.
saytlarin hazirlanmasi