Basketbol üzrə Azərbaycan çempionatında 19-cu turun növbəti görüşü keçirilib.
Sportal.az xəbər verir ki, “Gəncə” doğma divarlar arasında “Neftçi”ni qəbul edib. Gəncəlilər rəqibini məğlub etməyi bacarıb.
Bu qələbədən sonra “Gəncə” 30 xalla beşinci pillədədir. “Neftçi” isə 26 xalla altıncıdır.
“Gəncə” – “Neftçi” 83:73
Tura sabah Şəkidə keçiriləcək “Olimpik” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.
saytlarin hazirlanmasi