"Fənərbaxça" Mahirin komandasını darmadağın etdi

22:29 - 25 Fevral 2023

Türkiyə Superliqasında 23-cü turdan təxirə salınmış matçlar keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" "Fənərbaxça" səfərinə yollanıb. Konya klubu rəqibinə 0:4 uduzub. Emrelinin bu oyunda iştirak etməməsi baş məşqçinin ona şans verməməsi ilə bağlı deyil. Məsələ burasındadır ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, hər iki tərəf fevralın 6-dan sonra kollektivdə cəlb edilmiş heç bir futbolçunun xidmətindən bu oyunda istifadə edə bilməzdi. 

Digər oyunda isə "Giresunspor" evdə "Kayserispor"a 2:1 qalib gəlib.

25 fevral

"Fənərbaxça" - "Konyaspor" 4:0
Qollar:
Valensiya 13 (pen0, 45+6, Kinq 61, Şalai 78
Qırmızı vərəqə: Diouf, 22 ("Konyaspor")

Xəbər xətti