Futbol üzrə Gürcüstan çempionatında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Abdulla Xaybullayevin formasını geyindiyi "Samtrediaya" doğma meydanda "Telavi"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Abdulla Xaybullayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Abdulla Xaybullayev müqavilə ilə "Sabah"a məxsusdur. O, icarə əsasında Gürcüstan klubunda çıxış edir.
saytlarin hazirlanmasi