İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Reynildo Mandava sıradan çıxıb. Mozambikli futbolçu La Liqanın 23-cü turunun "Real"la matçında zədələnib.
29 yaşlı sol cinah müdafiəçisinin durumu ciddidir. Sağ ayağınınn diz bağında yırtıq aşkarlanan təcrübəli oyunçu mövsümün sonuna kimi oynaya bilməyəcək.
"Atletiko" Reynildo Mandavanı 2022-ci ilin yanvar ayında "Lill"dən transfer edib. Mozambik millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində 33 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi