Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk "Tecon Xana Sitizen"də debüt edib.
Sportal.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin komandası Cənubi Koreyanın K1 Liqasının ilk turunda doğma meydanda "Qanqvon"la qarşılaşıb. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Qeyd edək ki, Anton Krivotsyuk qış fasiləsində Polşanın "Visla" klubundan Cənubi Koreya təmsilçisinə keçib.