Almaniya III Bundesliqasında XXIV turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. Nazarov həmçinin sarı vərəqə ilə cəzalandırılıb.
Xallarını 30-a yüksəldən "Erzgebirge" turnir cədvəlinin XXIII pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi