Dadaşov oynadı, komandası yenə uduzdu

10:00 - 27 Fevral 2023

Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Dadaşovun komandası "Lütsern"in qonağı olub. Bu qarşılaşmada "Qrasshopper" rəqibinə 0:1 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan Renat 88-ci dəqiqədə əvəzlənib.

"Qrasshopper" 22 turdan sonra 7-ci pillədədir. 

Xəbər xətti