"Qarabağ" - "Neftçi": VAR hakimi bəlli oldu

10:11 - 27 Fevral 2023

Misli Premyer Liqasında “Qarabağ” - “Neftçi” görüşünün VAR təyinatları bəlli olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu gün oynanılacaq matçın VAR hakimi Cavid Cəlilovdur. Ona Kamran Bayramov kömək edəcək.

Qarşılaşmaya "Azərsun Arena"da saat 20:00-da start veriləcək.

 

Xəbər xətti