Millimizin mətbuata açıq məşqi olacaq

13:08 - 27 Fevral 2023

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının fevralın 28-də, saat 10:30-da, Bakı İdman Sarayında ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, məşqdən əvvəl – saat 10:15-də isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

 

Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu martın 3-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu izləmək üçün zala giriş sərbəst olacaq.

Xəbər xətti