Milli komandanın baş məşqçisi açıqlandı

15:26 - 27 Fevral 2023

Futbol üzrə Cənubi Koreya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Asiya təmsilçisini Yurgen Klismann çalışdıracaq. Bu barədə Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Alman mütəxəssislə DÇ-2026-ya qədər nəzərdə tutulan müqavilə imzalanıb.

 

Klismann Cənubi Koreya millisinin baş məşqçisi postunda Paulo Bentunu əvəz edib. 58 yaşlı məşqçi daha əvvəl Almaniya, ABŞ millilərini, "Bavariya" və "Herta" klublarını çalışdırıb.

Xəbər xətti