Rusiyalı Fransa klubunda qaldı

16:51 - 27 Fevral 2023

Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovin "Monako"da qalacaq.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, rusiyalının müqavilə müddəti 2025/2026 mövsümünün sonuna qədər uzadılıb.

Qolovinin “Monako” ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər idi.

​ÇSKA yetirməsi olan futbolçu 2018-ci ildə bu klubdan Fransa təmsilçisinə transfer olub.

 

Xəbər xətti