2022-ci ilin ən yaxşı kişi və qadın futbolçusuna "The Best" mükafatı təqdim edilib.
Sportal.az xəbər verir ki, Parisdə təşkil olunmuş mərasimdə "The Best" mükafatının sahibbi Argentina millisinin kapitanı Lionel Messi olub.
Qadın futbolçular arasında isə Aleksiya Putelyas eyniadlı mükafatı qazanıb.
2022-ci ilin ən yaxşı qolkiperi Argentina millisinin və "Aston Villa"nın qapısını qoruyan Emiliano Martines olub. Ötən ilin baş məşqçisi də Argentina millisindəndir. Belə ki, Lionel Skaloni hamıdan güclü seçilib.
FİFA 2022-ci ilin Puşkaş mükafatının qalibi də bəlli olub. Amputa futbolu üzrə Polşanın “Varta” klubunun oyunçusu Martsin Oleksi ən yaxşı qolun sahibi elan edilib.
"Kremoneze"nin və Gürcüstan millisinin müdafiəçisi Luka Loçoşvili FİFA feyr-pley mükafatına sahib çıxıb.