DÇ-2024-ün əsas mərhələsinə hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millinin futzalçısı Amir Şojaei zədəli olduğu üçün heyətdən çıxarılıb.
Futzal millimiz DÇ-2024-ün əsas mərhələsində martın 3-də Bakıda Yunanıstan, martın 7-də isə səfərdə Polşa yığması ilə üz-üzə gələcək.