Ötən gecə FİFA 2022-ci ilin ən yaxşı futbolçusu və məşqçilərinin adı bəlli olub.
Sportal.az xəbər verir ki, "The Best" mükafatının sahibləri bu futbolçulardır: Lionel Messi (ən yaxşı futbolçu), Lionel Skaloni (ən yaxşı məşqçi), Emiliano Martinez (ən yaxşı qapıçı); qadın futbolunda - Aleksiya Putelyas (ən yaxşı oyunçu), Mari Erps (ən yaxşı qapıçı), Sarina Viqman (ən yaxşı məşqçi).
Bunun ardınca FİFA kişi və qadın komandalarının baş məşqçiləri və kapitanları arasında bütün nominasiyalar üzrə səsvermənin nəticələrini açıqlayıb. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin seçimləri belə olub:
"Ən yaxşı futbolçu": - Lionel Messi, Kilian Mbappe, Kərim Benzema
"Ən yaxşı məşqçi" - Karlo Ançelotti, Lionel Skaloni, Valid Reqraqi
"Ən yaxşı qapıçı" - Emiliano Martinez, Yassin Bunu, Tibo Kurtua
Millimizin kapitanı Emin Mahmudov isə bu cür seçim edib:
“Ən yaxşı futbolçu”: Kərim Benzema, Kilian Mbappe, Lionel Messi
"Ən yaxşı məşqçi" - Karlo Ançelotti, Lionel Skaloni, Xosep Qvardiola
“Ən yaxşı qapıçı” – Yasin Bunu, Tibo Kurtua, Alisson Bekker
Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov qadın futbolunun ən yaxşıları arasında səslərini belə bölüşdürüb:
“Ən yaxşı futbolçu” – Aleksandra Popp, Aleks Morqan, Aytana Bonmati
"Ən yaxşı məşqçi" - Sarina Viqman, Martina Fos-Teklenburq, Pia Sundhek
“Ən yaxşı qapıçı” - Meri İrps, Merle Fromes, Sandra Panxos Qarsiya-Vilyamil.
Qadınlardan ibarət millimizin kapitanı Sevinc Cəfərzadənin seçimləri isə bu cürdür:
“Ən yaxşı futbolçu”: Aleksandra Popp, Li Villiamson, Lena Oberdorf
“Ən yaxşı məşqçi”: Martina Fos-Teklenburq, Sarina Viqman, Bev Pristman
“Ən yaxşı qapıçı”: Merle Fromes, Meri İrps, Ann-Katerina Berger
Mirbağırağa