Argentina millisinin baş məşqçisi postunda dəyişiklik olmayacaq

11:44 - 28 Fevral 2023

Argentina Futbol Federasiyası millinin çalışdırıcısı Lionel Skalonini saxlamaq qərarına gəlib.

Sportal.az xəbər verir ki, gənc mütəxəssislə müqavilə müddəti artırılıb.

44 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına qədər uzadılıb.

Xatırladaq ki, Argentina millisi Lionel Skaloninin rəhbərliyi altında Qətərdə keçirilmiş son dünya çempionatında qalib olub. 

Xəbər xətti