"Mançester Siti"nin hücumçusu Erlinq Holand PSJ-nin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Mançester klubunun forvardı fransalı həmkarı barədə xoş fikirlər səsləndirib:
"Çox yaxşı oyunçular var ki, onlardan biri də Kiliandır. Mbappe çox güclüdür! Fransızlar o qədər şanslıdırlar ki, onun kimi futbolçuya malikdirlər. Mbappenin Norveç millisində oynamasını istəyərdim. Ancaq belə deyil. O, inanılmaz, çox sürətli və güclü oyunçudur. Mbappe məndən iki yaş böyükdür? Bu dəlilikdir! Bəzən onun daha on il də ən yüksək səviyyədə oynayacağını düşünürsən".
saytlarin hazirlanmasi