"Qarabağ"ın yeni transferi "Neftçi"yə qarşı niyə oynamayıb?

14:35 - 28 Fevral 2023

"Qarabağ"ın yeni transferi Adama Diakabi Misli Premyer Liqasının 24-cü turunun "Neftçi" ilə görüşünü buraxmalı olub.

Sportal.az xəbər verir ki, fransalının derbidə meydana çıxa bilməməsinə aydınlıq gətirilib.

Belə ki, Diakabi məşqdə yüngül zədə aldığından oyuna çıxmayıb.

Fransa U-21 yığmasının sabiq üzvünün 25-ci turda “Qəbələ” ilə görüşdə meydanda olacağı gözlənilir.

Xəbər xətti