İtaliya klubu gürcüyə ikiqat maaş təklif edəcək

14:49 - 28 Fevral 2023

"Napoli" mövsümün sonunda Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcünün maaşını iki dəfə artıracaq və performans bonusları əlavə edəcək. 

İtaliya mətbuatının yazdığına görə, gürcü yarımmüdafiəçi 2027-ci ilin yayına kimi müqavilə əsasında "Napoli"də ildə 1,2 milyon avro maaş alır.

​İtaliya klubu Kvaratsxeliyaya ildə 2,5 milyon avro ödəməyə, eləcə də müqaviləsini 2028-ci ilə qədər uzatmağa hazırdır.

Xəbər xətti