Milli komandaya yeni baş məşqçi təyin olundu

17:42 - 28 Fevral 2023

Futbol üzrə Ukrayna milli komandasına müvəqqəti baş məşqçi təyin olunub.

 

Sportal.az xəbər verir ki, yığmanı bir müddətlik Ruslan Rotan çalışdıracaq. Bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Millini daha sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubuna rəhbərlik edən Sergey Rebrov çalışdıracaq. 42 yaşlı mütəxəssis Asiya təmsilçisindən ayrıldıqdan sonra onunla DÇ-2024-ün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Xəbər xətti