Teymur Rəcəbov ilk "10-luq"da

19:30 - 28 Fevral 2023

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir şahmatçısı yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu sırada qərarlaşıb. 2738 xalı olan Şəhriyar Məmmədyarov isə 15-ci pillədə yer alıb.

Siyahıya 2852 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Xəbər xətti