"Mançester Yunayted" mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "İnter"in yarımmüdafiəçisi Nikolo Barelladır. İngiltərə klubunun baş məşqçisi Erik ten Haq 26 yaşlı futbolçunun transferin israrlıdır. A Seriyası təmsilçisi klubla 2026-cı ilin yayına kimi müqaviləsi olan italiyalı oyunçu üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Nikolo Barella "İnter"ə 2020-ci ilin yayında "Kalyari"dən transfer olunub. İtaliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi